Metalico — metalın sərtliyini ideyanın gücü ilə birləşdirən, tikinti dünyasına yeni nəfəs gətirən bir mühəndislik komandasıdır. Bizim üçün hər bir layihə bir memarlıq əsəridir və hər konstruksiya — gələcəyə qoyulmuş möhkəm bir bünövrədir.
“Metalico” şirkəti ilkin olaraq Bakının sənaye zonalarının birində yerləşən kiçik bir metal tökmə sexi kimi bədii metal döymə və tökmə məhsulların istehsalı sahəsində fəaliyyətə başlamışdır. Məhsullarımıza tələbat artdıqca, istehsalımız zavod miqyasına qədər genişlənmişdir. İllərin təcrübəsi bizə sənaye və tikinti sahəsində müasir, dayanıqlı və funksional metal konstruksiya həlləri yaratmağa təkan verdi.
Bu gün isə Metalico, müxtəlif sektorlarda fəaliyyət göstərən onlarla müştərinin seçiminə çevrilmiş, peşəkarlığı və dəqiqliyi ilə tanınan bir brenddir. Bizim işimiz yalnız dəmirin formaya salınması deyil — bu forma arxasında düşüncə, planlama və dəqiq mühəndislik dayanır.
Mühəndislərimiz və texniki heyətimiz layihələndirmədən istehsala, zavod şəraitində hazırlıqdan sahədə quraşdırmaya qədər bütün mərhələlərdə keyfiyyət və məsuliyyət prinsipləri ilə işləyir. Hər müştərinin ehtiyacına uyğun həllər təklif edir, layihənin hər addımında şəffaf və səmərəli əməkdaşlıq qururuq. İstər anbar, zavod binası, ticarət obyekti, istərsə də fərdi yaşayış məkanı olsun — biz hər detalı düşünür, metalın imkanlarını maksimum səviyyədə istifadə edirik.
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə biz də durmadan inkişaf edir, yeni trendləri və texniki yenilikləri tətbiq edərək daim irəli gedirik. Yalnız bu günün deyil, sabahın ehtiyaclarını da nəzərə alaraq inşa etdiyimiz konstruksiyalarla uzunömürlü və təhlükəsiz tikililərə imza atırıq.
Biz işimizə həvəslə yanaşır, tikinti dünyasına fərqli baxış gətiririk. Metal bizim üçün soyuq bir material deyil — o, ideyaları daşıyan bir bünövrə, dayanıqlığın və etibarın simvoludur.
Metalico – biz metalı formaya salmırıq, ona ruh veririk.