Metal konstruksiya

Biz nə edirik

Metalico metal konstruksiya sahəsində layihələndirmədən istehsala, montajdan texniki nəzarətə qədər tam xidmət spektri təqdim edir. Müasir tikinti standartlarına cavab verən polad strukturlar, müxtəlif təyinatlı obyektlərin möhkəm və uzunömürlü əsasını təşkil edir.

Biz metal konstruksiyaların hazırlanmasında və tətbiqində texniki dəqiqlik, funksional dizayn və təhlükəsizlik prinsiplərini rəhbər tuturuq. Layihələrimizdə istifadə etdiyimiz bütün materiallar beynəlxalq standartlara uyğundur və hər bir konstruksiya yüksək mühəndis nəzarəti altında istehsal olunur.

Xidmətlərimizə statik və dinamik yüklərə hesablanmış karkas sistemlərinin hazırlanması, BIM və CAD proqramlarında rəqəmsal modelləmə, texniki sənədləşmə, metal elementlərin kəsimi, qaynağı, korroziyaya qarşı işlənməsi və keyfiyyətə nəzarət daxildir. Həmçinin tikinti sahəsində peşəkar montaj komandamızla təhlükəsiz və sürətli quraşdırma işləri yerinə yetirilir.

Polad konstruksiyalar sənaye və istehsalat müəssisələrində, anbar və logistik mərkəzlərdə, ofis və inzibati binalarda, idman komplekslərində, ticarət pavilyonlarında və digər obyektlərdə geniş tətbiq olunur. İstər modulyar, istərsə də xüsusi layihə əsaslı sistemlər üzərində işləyir, hər bir layihəyə fərdi yanaşma ilə tam funksional və dayanıqlı həllər təqdim edirik.

Qaynaq və montaj işləri texniki yoxlamadan keçirilir, bütün mərhələlərdə tikinti normalarına və təhlükəsizlik standartlarına uyğunluq təmin olunur. İstifadəyə tam hazır vəziyyətdə təhvil verilən hər bir obyektə zəmanət və texniki dəstək təqdim edirik.

Metalico — güc, dəqiqlik və davamlılıq inşa edirik. Layihəniz istənilən ölçüdə və mürəkkəblikdə olsun, biz onu funksional, təhlükəsiz və texniki cəhətdən optimal şəkildə həyata keçirməyə hazırıq.

Biz nə edirik?!

Metal konstruksiyalar və dəmir-beton konstruksiyaların layihələndirilməsi və quraşdırılması sahəsində ixtisaslaşmış peşəkar komandamızla, tikinti sektorunda müxtəlif miqyaslı layihələri yüksək keyfiyyət və tam zəmanətlə həyata keçiririk. Hər bir layihəyə mühəndis dəqiqliyi, texniki bilik və illərin təcrübəsi ilə yanaşır, texniki dəqiqlik, funksionallıq və uzunömürlülüyü bir arada təmin edirik.