Metal incəsənət kimi: “Metalico” şirkətindən müasir interyerdə orta əsr nağılı

Metal incəsənət kimi: “Metalico” şirkətindən müasir interyerdə orta əsr nağılı

Metal incəsənət kimi: “Metalico” şirkətindən müasir interyerdə orta əsr nağılı

“Bu dünyada, güman ki, böyük insanlar var, lakin mən onlarla heç vaxt  rastlaşmamışam” 

Federiko Fellini 

Yeni il ərəfəsi - böyüklər və uşaqlar üçün möcüzələr zamanıdır. Fellinin sözlərinin düzgün olması Yeni il ərəfəsində bir daha yada düşür – sanki bütün dünya bayram və möcüzələr dalğasına köklənib.

Hələ qədimlərdən belə bir ifadə işlədilirdi ki, Yeni il – yeni həyat, yeni ssenaridir. Əksər hallarda biz bütün köhnəlikləri keçmişdə saxlamağı, yaşayış yerini köklü şəkildə dəyişdirməyi və ya öz yaşayış yerimizi əsaslı yenidən qurmağı planlaşdırırıq. 

Səyahət edərkən biz dəfələrlə bir çox memarlıq əsərlərində metalla üzləşirik ki, o, bədii döymə nəticəsində soyuq metaldan əsl incəsənət işinə çevrilir.  

Təkcə Avropa ölkələrində deyil, Azərbaycanda da elə mütəxəssislər var ki, onların əlində möhkəm metal istənilən dizayn həlləri üçün yumşaq plastilinə çevrilir.

Şəhərimizin park və evlərini bəzəyənlərin kimlər olduğu sualına cavab axtararkən biz uzun illər ərzində tikinti sektorunda metal sahəsində  müştərilərə tam xidmətlər spektorunu təqdim edən, döymə, tökmə, dizayn sahəsində və təmir işlərində lider qismində fəaliyyət göstərən “Metalico” şirkəti haqqında öyrəndik. İstər ictimai, istərsə də yaşayış sahələrinin abadlaşdırılmasında ixtisaslaşan şirkət istehsalatda keyfiyyətli xammal və qabaqcıl texnologiyalardan istifadə edir.   

“Metalico”da həm gündəlik, həm də dekorativ istifadə üçün olan məmulatları əldə etmək olar. Şirkətin rəssamları eskizlər üzərində çalışaraq əsl incəsənət əsərləri yaradırlar.

Şirkətin geniş çeşidləri ev və bağçaları tam olaraq abadlaşdırmağa, onu özünəməxsus sirlər və möcüzələr qalasına çevirməyə imkan verir. Dəmir qapılar – ev sahibi, onun statusu və mövqeyi haqqında bir çox maraqlı şeyləri danışa biləcək qonaqpərvər bir qulluqçudur. Parlaq və ya tutqun işıqlarla olan tökmə fənərlər landşaft dizaynına xüsusi bəzək verəcək. Bütün ailə ilə birlikdə istirahət üçün skamyalar, küləfrəngilər, yelləncəklər rahatlığınıza təminat verəcək. 

Evi pilləkənlərsiz və eyvanlarsız, pilləkənlər və eyvanları isə sürahilərsiz təsəvvür etmək mümkün deyil. Sürahilər təkcə gözəllik və uzunömürlülük deyil, həm də evin üslubunu nümayiş etdirməklə etibarlılıq və təhlükəsizliyin nəzərə alınması ilə layihələndirilir. Dizayn heykəlcikləri, şamaltılar, jurnal masaları və güzgülər üçün çərçivələr orta əsr klassikası və modernin zərif üslubunu vurğulayır.    

Sifariş daxil olduqdan sonra şirkətin əməkdaşları sahə ilə tanışlığı həyata keçirirlər. Evə baxış və ölçülərin götürülməsi zamanı dizayner müştəriyə bu və ya digər modellərə diqqət yetirməyi məsləhət görə bilər, hansılar ki, sifarişçinin xarakteri və evi ilə həmahəng uyğunluq təşkil etməlidirlər. Hər şeydən əlavə, razılaşdırılan məbləğə metal konstruksiyaların çatdırılması və onun quraşdırılması, eləcə də təmir və ya mebelin daxil edilməsi zamanı səthlərin zədələnməsi baş verərsə təkrar emalı daxil edilib.  

Şirkətin fəaliyyətinin ikinci sahəsi evlərin və mənzillərin “açar təhvili” tikintisi, təmiridir. Son zamanlar mənzillərin “açar təhvili” şəklindəki təmiri xidməti daha çox məşhurlaşır. Ona görə ki, işin bu növü olduqca rasionaldır və sifarişçinin həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır.  Ayrı-ayrılıqda lazım olan bütün mütəxəssislərin tapılması və hər gün diqqətli şəkildə təmir işlərinin yerinə yetirilməsinə nəzarər zərurətinə ehtiyac olmur. Peşəkar işçilərin cəlb edilməsi ilə təmir bütün tikinti normalarına riayət olunmasını, yaxşı, yoxlanmış materialların istifadəsini, hər addan olan məhsulun tətbiq edilməsinin spesifik biliklərinin olmasını nəzərdə tutur.  

Bütün bu amillərin məcmusu keçirilmiş təmir işinin keyfiyyətli, səliqəli və uzunömürlü olmaqla  təhvil verilməsinə şərait yaradır. 

Bu layihənin fərqləndirici cəhətlərindən biri yerli bazarla müqayisədə münasib qiymətlərlə təqdim edilməsidir. “Metalico” şirkəti hər bir kvadrat metrə görə 150 AZN-dən başlayaraq dizayn və ondan sonrakı təmir işləri sahəsində öz xidmətlərini təklif edir. Qiymətlərə dizayner xidmətləri, peşəkar ustaların xidmətləri, giriş və otaqlar arası qapılar, elektrik naqillərinin çəkilişi, santexnika borularının quraşdırılması, istilik sisteminin quraşdırılması, dekorlu keramik plitələrin salınması, döşəmə örtükləri, divar kağızları və başqa digər xidmətlər daxildir. 

Şirkət rəsmi müqavilə və görülmüş işlərə zəmanətlər təqdim edir.  

Şirkətin çeşidləri ilə rəsmi Facebook (https://www.facebook.com/metalico.az/) və Instagram (https://www.instagram.com/metalicobaku/) səhifələrindən daha ətraflı tanış olmaq olar. Eyni zamanda (012) 560-00-00 nömrəsinə zəng etməklə də istədiyiniz məlumatı ala bilərsiniz.

Onu da qeyd edək ki, şirkətin təqdimat məkanı (şou-rum) İnşaatçılar prospekti 11A ünvanında yerləşir.

"Metalico" şirkəti sizlərə tökmə aluminium və dəmirdən hazırlanmış metal işləmələr təklif edir. +99412 560 0000
+99450 230 2222