“Metalico” şirkəti bədii metal döymə və tökmə məhsulların istehsalı sahəsində ixtisaslaşır. İlkin olaraq, şirkətimiz Bakının sənaye zonalarının birində yerləşən kiçik bir metal tökmə sexi kimi fəaliyyət göstərirdi. Məhsullarımıza tələbat artdıqca, istehsalımız zavod miqyasına qədər genişlənmişdir. Sonradan, xidmətlərimizin daha əlçatılan olması üçün, həmçinin müştərilərimizi rahatlıqla təmin etmək məqsədilə 2013-cü ildə “Metalico” brendi yaradılmışdır. “Metalico” şirkətinin istehsal sexlərində metaldan döymə və tökmə üsulları ilə müxtəlif çeşiddə məhsullar hazırlanır. Tökmə və döymə məmulatların yüksək keyfiyyətini, davamlılıq və uzunömürlüyünü təmin etmək üçün, təcrübəli ustalarımız metalın emalı zamanı xüsusi üsullardan istifadə edirlər. Güclü sənaye bazası, son texnologiyalardan istifadə, əsrlərdən bəri davam edən metal emalı ənənələrinə bəslənilən hörmət əsasında biz hər müştərinin arzu və istəklərini öz işimizdə gerçəkləşdirə bilirik. İstehsal etdiyimiz hər məhsul öz fərdliliyi, gözəlliyi və zərifliyi ilə fərqlənir.
"Metalico" şirkəti sizlərə tökmə aluminium və dəmirdən hazırlanmış metal işləmələr təklif edir.
+99450 230 2222