Sənaye binası və Zavod

Biz nə edirik

Metalico sənaye binaları və zavodların metal konstruksiya əsasında layihələndirilməsi və inşasında funksionallıq, dayanıqlılıq və tikinti sürəti kimi əsas meyarları birləşdirən yüksək ixtisaslaşmış həllər təqdim edir. Sənaye obyektlərinin miqyası, istehsalatın tələbləri və sahə üzrə normativlər nəzərə alınmaqla, hər bir layihəyə texniki cəhətdən fərdi yanaşma göstərilir.

Polad konstruksiyalarla inşa olunan zavod və emal müəssisələri geniş interyer həcminə, sərbəst planlaşdırma imkanlarına və ağır yüklərə davamlı struktur quruluşa malik olur. Bu, müxtəlif təyinatlı istehsalat avadanlıqlarının rahat yerləşdirilməsinə, texnoloji xətlərin optimallaşdırılmasına və gələcəkdə müəssisənin genişləndirilməsinə şərait yaradır.

Metalico-nun təqdim etdiyi konstruksiyalar yüksək keyfiyyətli və korroziyaya qarşı işlənmiş metaldan hazırlanır, layihə öncəsi statik və dinamik yüklənmələrə dair mühəndis hesablamalarla dəqiqləşdirilir. Zavod və sənaye binalarında geniş açılışlı karkas sistemləri, xüsusi kran yolları, texniki platformalar, təmir zonaları və ventilasiya sistemlərinin yerləşdirilməsi üçün konstruktiv həllər tam inteqrasiya olunur.

Dam və yan örtüklərdə istilik və səs izolyasiyasını təmin edən sendviç panellər, təbii işıqlandırma üçün fənərliklərdən istifadə edilir. Beton təməl, döşəmə və dayaqlar dəqiq səviyyədə tökülür və avadanlıq yüklərinə uyğun olaraq möhkəmləndirilir.

İstehsal prosesləri və texnoloji zəncirlərin fasiləsizliyi üçün sürətli tikinti və təhlükəsiz montaj əsas prioritetlərimizdəndir. Layihələndirmədən açar təhvilə qədər bütün mərhələlər Metalico-nun təcrübəli mühəndis və texniki heyəti tərəfindən idarə olunur. Müştərinin sahə tələbləri və sənaye standartlarına uyğun şəkildə hazırlanmış obyektlər uzunmüddətli istismar üçün optimallaşdırılır.

Metalico sənaye infrastrukturu sahəsində inşa etdiyi hər bir bina ilə texnoloji inkişafı, etibarlı struktur sistemlərini və müasir istehsal mühitini bir araya gətirir. İstər emal zavodu, istər istehsal müəssisəsi, istərsə də logistik sənaye mərkəzi — biz tikinti prosesini sürətli, dəqiq və keyfiyyətli şəkildə həyata keçirməyə hazırıq.

Biz nə edirik?!

Metal konstruksiyalar və dəmir-beton konstruksiyaların layihələndirilməsi və quraşdırılması sahəsində ixtisaslaşmış peşəkar komandamızla, tikinti sektorunda müxtəlif miqyaslı layihələri yüksək keyfiyyət və tam zəmanətlə həyata keçiririk. Hər bir layihəyə mühəndis dəqiqliyi, texniki bilik və illərin təcrübəsi ilə yanaşır, texniki dəqiqlik, funksionallıq və uzunömürlülüyü bir arada təmin edirik.